1919 Vineburn Ave, Los Angeles, CA 90032

Amazonda Satışı Asanlaşdır

Amazon….

15-dən çox ölkədə alış-veriş saytları açan Amazon, geniş məhsul çeşidinə malik e-ticarət brendidir. Bu gün geyim, aksesuar, DVD, kompüter proqramı, mebel, elektron cihazlar kimi müxtəlif məhsulların satıldığı onlayn platformadır. Gündəlik həyatda tez-tez istifadə olunan USB kabellər, təmizləyici alətlər də bu ünvanda satışa təqdim edilir.

Əsas populyarlığını e-ticarət saytı kimi əldə etsə də, internet dünyasının müxtəlif qollarında da söz sahibidir. Məsələn, Alexa, IMDB və Twitch.tv kimi platformalara sahib olan Amazon həm də dünyanın ən böyük bulud infrastrukturu təminatçılarından biridir.

Niyə Amazon?

Amazon haqqında çox danışıram. Bilirsiniz niyə? Çünki istəyirəm, azərbaycan vətəndaşı coğrafi problemlə artıq qarşılaşmasın. Çünki Amazonda satmaq dünyaya satmaq deməkdir. Amma dünyaya satmaq, Amerika bazarı kimi sözlər deyən də bizim insan bir az çəkinir. Bunun birinci səbəbi məlumatsızlıqdır. Bilmədikləri şeydən çəkinirlər,mən isə bu məsulliyəti öz üzərimə götürmüşəm. Əlimdən gələni edirəm ki, sizə bu barədə dolğun məlumat verim. Bu günkü yazımda sizə Amazonda satmağınıza kömək olacaq proqramlardan danışmaq istəyirəm. Aşağıda danışdığım proqramlar Amazonda satışa başlamış adamlar üçündür.

Helium 10

Helim10 Amazon satıcılarının istifadə etdiyi analiz proqramıdır. Bu proqram sayəsində siz rəqiblərinizin və satmaq istədiyiniz məhsulların statistikasını asanlıqla tapa bilərsiniz. Tək hesabla limitsiz istifadə hüququ verdiyi üçün digər analiz proqramlarından daha populyardır. Öz saytlarından almaq istəyirsinizsə, aylıq 97 dollar ödəniş edə bilərsiniz. Əgər bu ödəniş ilk başlarda sizin üçün ciddi məbləğ olarsa bizə müraciət edə bilərsiniz sizə daha əlverişli yollar təklif edərik.

Jungle Scout

Amazon, Kanada, Amerika və ya dropshipping kimi bazarlarda satan/satmağı düşünən dostlar tərəfindən tez-tez istifadə edilən proqramdır. Hansı ölkədə ən çox axtarılan məhsulları və ən çox satılan məhsulları göstərir. Düzgün yerdə istifadə etsəniz, faydalı ola bilər, nəzərinizə çatdırım ki aylıq 40-50 dollar ödəniş etmək lazımdır.

SellerApp



Siz mobil telefonunuzdan satışlarınızı izləmək, sifarişlərinizi təqdim etmək, satılacaq məhsulları tapmaq, alıcıların suallarına cavab vermək, siyahı yaratmaq və s. üçün Amazon Seller proqramından istifadə edə bilərsiniz. Həmçinin SellerApp açar sözlərin tapılması, SEO analitikası da təklif edirş

AMZScout

AMZScout, Amazon-a yaxın məlumatları ilə ən yaxşı məhsul tapmaq proqramlarından biri kimi göstərilə bilər. AMZScout, Chrome əlavəsi ilə15 günlük sınaq müddəti və Veb əsaslı proqram təminatı üçün 7 günlük sınaq müddəti ilə hər gün daha çox istifadəçi qazanır. Həmçinin münasib qiymətinidə vurğulamaq lazımdır.

Keepa


Keepa həm uzun həm də qısamüddətli Amazon qiymət nümunələrini izləyə bilər. Həmçinin qiymət enişləri və sövdələşmə təklifləri baş verərsə, proqram bu barədə dərhal sizə məlumat verir. Bütün bunlardan əlavə olaraq isə proqram “Top” və “Bestseller” siyahıları haqqında da məlumat verir.

ZonGuru

Zonguru məhsul araşdırması, rəqib analizi, qiymət təhlili kimi əməliyyatları aparan bir tətbiqdir. Siz həmçinin bu proqram vasitəsilə ə yaxşı satıcını da müəyyən edə bilərsiniz.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları
Blog
SEO Məzmun Redaktoru

Müraciəət Anketi