1919 Vineburn Ave, Los Angeles, CA 90032

E-Mail Marketinq Nədir?

Marketing dünyasına ayaq basan hər kəs axır əvvəl başa düşür ki kampaniyalar, yeniliklər, jestlər müştəri məmnuniyyətini yüksək tutmaq üçün önəmlidir. Lakin bunu müştərilərimizə asan və dəqiq çatdırmağın bir üsulu olmalıdır. Yenədə sağolsun müasir texnologiya bunun üçün həllər fikirləşib, bu yollardan biri və ən uğurlusu haqqında danışacam. Qarşılayın qlobal şirkətlərin xilaskarı “E-mail Marketinq”

Müştərimizi Necə Tapaq

Bildiyiniz kimi müştərilərimiz bizim məhsullarımız alarkən, bizə abunə olarkən, bizimlə əlaqə saxlayarkən öz əlaqə məlumatlarını bizimlə paylaşırlar. İlk növbədə bildirim ki, bu məlumatlar şəxsidir və hər hansı bir üçün tərəflə paylaşılması qeyri-etik və qeyri-qanunindir. Lakin biz müştərimizə, hər hansı bir endirim kuponu, təşəkkür mesajı və ya yeni xəbər çatdırmaq istəyən də bu məlumatlardan istifadə edə bilərik.
Bunun fərqli yolları var məsələn zəng, mobil sms, e-mail marketinq və s.

Müştəri dəyərlidir onu bezdirmə

Bu o demək deyil ki, siz hər zaman insanlara yaza və onlara maneə ola bilərsiniz. Əgər deməyə vacib sözünüz yoxdursa, müştərinizi rahat buraxın. Bəzi şirkətlər bu əlçatanlığı dözülməz hala çatdırır. Dayanmadan müştərilərə mobil sms göndərir, e-mail marketinq edir və zəng vurur. Bu zaman müştəri müəyyən bir yerdən sonra sizin vacib sözlərinizi də görməzdən gələcəkdir. Ona görə də təmkinli olmalı və yeri gələndə müştərilərə müraciət etmək lazımdır. Bəs niyə E-mail marketinq tövsiyyə edirik? Çünki mobil sms az informasiya çatdırır, həmçinin bir nömrəyə bir gün ərzində yalnız bir mobil sms gedə bilər. Yəni sizdən qabaq başqa şirkət müştərinizə həmin gün müraciət etsə sizin müraciətiniz ona çatmayacaq. Zəng isə həqiqətən yersiz ola bilir, kimisi sükan arxasında olur, kimisi vacib söhbətin ortasında belə olan halda sizin təkifinizi dinləməyə bilərlər və onları yora bilərsiniz.

E-mail marketinq isə sizə imkan verir ki, lazımlı informasiyanı lazımlı vaxtda çatdıra biləsiniz.

E-mail Marketinq nədir?

E-mail marketinq məhsul və ya xidmətlərinizi hədəf auditoriyanızdakı istifadəçilərə tanıtmağa imkan verən marketinq kanallarından biridir. Bu, həm də məzmun marketinqində istifadə edilən ən təsirli marketinq strategiyasıdır. Düzgün istifadə edildikdə, onun işə yarayan nəticəsi sizi təəccübləndirəcək. Dönüşüm nisbəti yüksək olan e-mail marketinq hədəf auditoriyaya çatmağın ən asan üsullarından biridir.

Bugünkü Google məlumatlarına görə, insanların 91%-i gündə ən azı bir dəfə e-poçtlarını yoxlayır. Bu o deməkdir ki, strategiyanız düzgün olan zaman, göndərdiyiniz e-poçtlar lazımi insanlara çatacaq. Bu halda isə müsbət dönüşüm çox yüksək olacaq.

Siz e-mail marketinq vasitəsilə istifadəçilərinizə həvəsləndirici mesajlar, məzmun və ya reklamlar göndərə bilərsiniz. Bəs necə bunu necə düzgün şəkildə edə bilərsiniz?

E-mail marketinq necə edilir?

Bunun iki üsulu var ya bunu özünüz zamanınızı xərcləyib öyrənirsiniz ya da bu işi peşəkara həvalə edirsiniz. Burada olan incə məqam sizin riskə nə qədər hazır olmanızdır. Çünki siz bunu özünüz öyrənib etmək istəsəniz müəyyən çətinliklər ilə üzləşəcəksiniz. Bu halda isə ilk cəhdləriniz davamlı olaraq uğursuz olacaq. Bu isə zaman və pul itkisi deməkdir. Nəzərinizə çatdırım ki, bunu pulsuz təklif edən platformalar var. Onlara heç zaman müraciət etməyin. Bunun əsas səbəbi sizin müştəri bazanızın e-mail ünvanalarını sizin e-mail marketinq vasitəsilə öz mənafeləri üçün istifadə etmələridir. Digər səbəb isə əksəriyyət hallarda müraciətlərinizin spam bölməsinə düşməsidir. Əgər vəziyyətiniz riskə yetəri qədər uyğun deyilsə bu işi peşəkarlara həvalə etməyiniz məsləhətdir. Peşəkar demişkən elə indicə gözəl bir kampaniya hazırlayıb Fuad Aghayev Team-ə, e-mail marketinq üçün müraciət edə bilərsiniz. Kampaniyanızı hazırlayın, bizə müraciət edin, 1 klik və hamı xəbərdardır.

E-mail marketinq xidmətimizə müraciət etmək üçün: https://fuadaghayev.us/e-mail-marketinq/

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları
Blog
SEO Məzmun Redaktoru

Müraciəət Anketi