1919 Vineburn Ave, Los Angeles, CA 90032

Google ADS nədir? Nə işə yarayır?

Bildiyiniz kimi, Google dünyada ən çox istifadə edilən, bir çox insan tərəfindən tanınan axtarış sistemidir və onun bu statusu uzun müddət daşıyacağına şübhə yoxdur. Bizi maraqlandıran mövzular haqqında məlumat əldə etmək üçün axtarış sistemlərindən istifadə edirik. Axtarış motorları həyata keçirilən axtarışlara uyğun olan nəticələri göstərmək üçün müxtəlif alqoritmlərə malik proqramlardır. Hər gün milyardlarla insan internetdə müxtəlif axtarış sistemlərindən istifadə edərək müxtəlif açar sözlərlə axtarış aparır. Axtarış motorlarının istifadə sıralaması keçən il üçün belə idi.

%89.27 Google

%3.66 Bing

%3.39 Yahoo

%0.88 Baidu

%0.55 Ask Jeeves

%2.25 Başqaları

Google Reklamları Necə İşləyir


Google Adwords isə axtarış sisteminin bizneslər üçün təklif etdiyi və istifadəçilər tərəfindən edilən axtarış sorğuları əsasında işləyən reklam növüdür. Bu reklam modeli mətn əsaslıdır. Google Adwords hal-hazırda reklam üçün ən çox istifadə olunan modellərdən biridir. Google AdWords ilə təqdim olunacaq reklam adətən müəyyən limitlər daxilində istifadə edəcəyiniz sətirlərdən ibarətdir: “Maraqlı başlıq”, “Təsvir” və “saytın domen adı”.

Google AdWords ilə siz reklamı görən insanlar reklam verən tərəfindən göstərildiyi zaman deyil, reklamınıza kliklədikdə ödəniş edirsiniz. Bu xüsusiyyəti isə çox əlverişlidir bizə həm qənaətə həm də müştərimizə rahat çatmağa şərait yaradı. Google reklam modelində klik sayına düşən ödəniş reklamınızın göstərilməsini istədiyiniz açar sözlərdəki rəqabətdən asılı olaraq dəyişir. Google Ads reklamınız üçün rəqiblərdən fərqlənmək və ön sıralarda görünmək üçün daha çox pul ödəməli ola bilərsiniz amma bunun həmişə müsbət nəticəsi olur. Bir sözlə, bir növ auksion sistemi kimidir.

Google Reklamı Necə Verim?

Google AdWords-ün necə işlədiyini başa düşmək və reklam büdcənizdən maksimum yararlanmaq üçün açar sözlər, reklam məkanları, Reklam Sıralaması, təkliflər və Keyfiyyət Hesabı kimi bəzi təməl bilgilər haqqında ətraflı öyrənmək vacibdir.

Seçilmiş söz və ifadələr, müştərilərinizin sizi tapmaq üçün axtarışa yazdığı açar sözlərlə eyniləşdirildikdə, Google Adwords reklamlarınızın görünmə ehtimalı daha yüksək olacaq. Əgər orijinal ehtiyat hissələri satırsınızsa, açar söz kimi kampaniyanızda “orijinal ehtiyat hissələri” ifadəsini istifadə edə bilərsiniz. Ziyarətçilər Google-a orijinal ehtiyat hissələri və ya oxşar termin yazdıqda, reklamlarınız axtarış nəticələrinin yanında görünə bilər. Bundan əlavə, reklamlarınız Google ilə əlaqəli bütün kanallarda və orijinal ehtiyat hissələri satan vebsaytlarda görünə bilər. Bunları etmək üçün sizə birmənalı olaraq işini bilən adamlara müraciət etməyiniz tövsiyyə olunur. Çünki həqiqətən güclü texniki bilik və təcrübə tələb edən bir prosesdir. Bu xidməti təklif edən bir çox komandalar var onlardan biri də bizim komandadır. Aşağıdaki linkə keçid edərək bu xidmətimiz üçün müraciət edə bilərsiniz.

Google Xidmətlərimiz Üşün Müraciət Linki: https://fuadaghayev.us/google-ads/

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi