1919 Vineburn Ave, Los Angeles, CA 90032

4 İl Ərzində 700 Milyon Dollar

Gəlin etiraf edək su içmək bir az sıxıcıdır. Təbii ki, bu, sağlamlıq üçün vacibdir və çox az içki bu qədər təravətli və sağlamlıq üçün xeyirdir. Lakin əksər şüşə su markaları o qədər də “cool” deyillər. Adətən su markaları dağlara, bulaqlara istinadlar edir. Bu isə bir az gənc nəsil üçün sıxıcı ola bilər. Bir neçə il əvvəl Mayk Cessario bunu dəyişə biləcəyini düşünməyə başladı. Əgər o, həqiqətən suyu daha bomba markalaşdıra bilsəydi? Bu, Cessario-nun 2017-ci ildə ticarət markası etdiyi və iki il sonra rəsmi olaraq satışa çıxardığı istehza ilə adlandırılan konservləşdirilmiş su markası olan Liquid Death-in hekayəsidir. Bu, ilk baxışdan zarafat kimi görünə bilər lakin Pitchbook-a görə, Liquid Death-in dünya miqyasında 350 milyard dollara qədər qablaşdırılmış su bazarında dominant gücə çevrilməsi heç də zarafat deyil. Viral sosial media yazılarından, Super Bowl reklamına qədər Liquid Death qəfildən hər yerdə göründü – “Susuzluğunuzu öldürün” şüarı ilə birlikdə. Bu sosial möhür ilə “maye ölüm” satışları 2019-cu ildə 2,8 milyon dollar 2022-ci ildə isə 130 milyon dollar olaraq qeydə alınıb.

Belə olacağını gözləmirdim

Dizayn və yeraltı musiqi səhnəsində keçmişi olan marketinq mütəxəssisi 40 yaşlı Cessario CNBC-yə müsahibəsində “Markanın bu qədər böyüyəcəyini düşünməzdim” deyib . “Liquid Death” baş direktoru, uzun setlərdə sərinləmək istəyən pank-rok musiqiçilərini və ayıq pərəstişkarları hədəflə kütlə olaraq seçdiyini deyirdi. Başqa sözlə, spirtdən və ya şəkərli enerji içkilərindən daha sağlam bir şey istəyən insanları.

Bunun əvəzinə Cessario, markanın “cool” adınəı və dizaynını sevən yeniyetmələrdən tutmuş uşaqlarının sağlam bir şey içməsini istəyən analara qədər çox sayda pərəstişkar tapdığını söylədi. Cessario, sərmayədarların birlikdə Liquid Death-ə təxminən 195 milyon dollar yatırdıqlarını və markanı 700 milyon dollar dəyərində qiymətləndirdiklərini söylədi. Maye Ölümün cəmi üç il ərzində sürətlə yüksəlməsi, marka adından və qablaşdırma dizaynından daha çox əziyyət tələb edib. Buna nümunə “hardcorenormporn” adı altında başlatdıqları reklam kampaniyalarıdır. Hansı ki bu reklamlar ucuz stok videolarından və səsləndirmədən ibarət idi, amma qısa zamanda internetdə viral oldu və milyonlar ilə izlənmə aldı. Bu reklamların altında böyük bir ideya yatırdı “insanları əyləndirmək. “Biz həqiqətən insanları əyləndirmək və bir markanın xidməti ilə onları güldürmək istəyirik. Əgər bunu edə bilsəniz, onlar sizin brendinizi sevəcəklər, çünki onlara dəyərli bir şey verirsiniz. Siz sadəcə onları güldürürsünüz.”

İlham Mənbəyi

Cessario bu ideyanın toxumunun 2009-cu ildə atıldığını söyləyir. O, Denverdə yaşayırdı və bəzi dostlarının qruplarının Vans Warped Tour musiqi festivalında çıxışını izləyirdi. Monster enerji içkiləri turun sponsoru idi, buna görə də musiqiçilər Monster içirdilər, lakin dostları ona setlər zamanı sərinləmək üçün enerji içkisini su ilə əvəz etdiklərini deyirdilər.

Daha sonra, 2014-cü ildə Cessario, şəkərli enerji içkilərinin sağlamlıq riskləri haqqında ictimai xidmət reklam kampaniyası üzərində işləməyə başlayır. Onun ideyası energetik içkilərlə lağ etmək üçün nəzərdə tutulmuş bir qutu su hazırlamaq idi. Müştəri bunu bəyənmədi, lakin Cessario boş vaxtlarında konseptlə məşğul olmağa davam etdi. Konsepsiyanı hazırlamaq üçün təxminən iki il çəkdi və ən əsası bir ad üzərində qərar verdi. Hətta dostları da ona bu ideyanın pis olduğunu deyirdilər. Lakin Mayk öz ideyasından əl çəkmədi üzərində çalışdı. Nəticə isə budur artıq onun brendi haqqında okeanın bu tərəfində mən blog yazıram siz isə oxuyursunuz. Odur ki, ideyalarınızın arxasınca gedin. Alınsa bu sizin uğurunuzdur, alınmasa isə təcrübəniz

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi