1919 Vineburn Ave, Los Angeles, CA 90032

İngilis dilini öyrənmək yolları

İngilis Dilini Öyrənməyin Yolları

İngilis dilini öyrənmək çətin və yorucudurmu? Bu sual bir çox insanı düşündürür. Çünki dövrün tələbinə uyğun olaraq əksər sahələrdə, xüsusilə karyera quran zaman bu dil tələb olunur. Lakin narahat olmağınıza ehtiyac yoxdur. Burada əsas vacib məqam düzgün metoddan istifadə etməkdir. İngilis dilini öyrənməyin yolları barədə məsləhətlərimi sizinlə bölüşürəm.

Canlı ünsiyyət qurun

İnsanların “İngiliscə başa düşürəm, lakin danışa bilmirəm” dediklərini neçə dəfə eşitdiyinizi düşünün. İngilis dili danışanların çoxu danışmağı yalnız onları ruhdan salmağa xidmət edən böyük keçilməz bir maneə hesab edirlər. Lakin dili öyrənmək üçün danışıb ünsiyyət qurmaq çox vacibdir. İngilis dilini öyrənməyin yolları arasında danışarkən səhv etməkdən qorxmamaq çox önəmlidir. Yazışmalar danışıqla eyni effekti vermir. Dil daşıyıcılarını internetdən tapıb onlarla əlaqə qura və ya onlayn kurslara qoşulub həmin insanların verdiyi dərslərdən faydalana bilərsiniz.

Ingilis dilini öyrənmək - canlı ünsiyyət

Oxuyun

Klassik ədəbiyyat, qəzetlər, vebsaytlar, e-poçtlar və s. əgər ingilis dilindədirsə, oxuyun. İngilis dilini öyrənənlər üçün istənilən səviyyəyə uyğun kitablar vardır. Hətta ən məşhur əsərlərin belə dil səviyyənizə uyğun variantını tapa bilərsiniz. Bu, tez bir zamanda təkmilləşməyinizə kömək edir, çünki öyrənilmiş sözü təkrar yeni konteksdə görmək onları beyninizdə möhkəmləndirir. Hətta telefon və komputerinizin dilini ingiliscə edin. Sosial mediada Amerika, Britaniya, Avstraliya-dan olan nümayəndələri izləyin.

İngilis dili öyrənmək- oxumaq

Qulaq asın

Bir çox insanlar üçün ingilis dilində səlis danışmaq əsas məqsəddir. Bununla belə, dinləmə bacarıqları ümumi ingilis dili bacarıqlarınızı inkişaf etdirə bilər. Metroda, avtobusda, piyada, avtomobilinizdə gedərkən və ya idman zalında ingilis dilində mediaya qulaq asın. İngilis dilini öyrənməyin yolları arasında telefonunuza və ya MP3 pleyerinizə ingilis dilində podkastları və ya radio proqramlarını yükləmək çox mühüm yer tutur. Bu zaman həm səlis, həm də qrammatik cəhətdən düzgün danışmağı öyrənəcəksiniz. İngilis dilində mahnılara qulaq asmaq da çox faydalıdır. Söylənənləri anlamağa çalışın, sadəcə qulaq asmayın. Çox sürətli olsa belə, söhbətin nədən getdiyi barədə fikir əldə etmək üçün açar sözlər və ifadələri dinləməyə çalışın.

Ingilis dili öyrən - dinləmə

İzləyin

İngilis dilinizi təkmilləşdirməyin başqa bir əyləncəli yolu ingilis dilində filmlərə və televiziya şoularına baxmaqdır. Zövq alacağınız filmləri və ya TV şoularını seçməyə çalışın. Bu, onu daha əyləncəli edəcək və sizə ingilis dilini öyrənməyə həqiqətən kömək edəcək.

Məşhur “Friends” serialı bir çox insana dil öyrənməkdə kömək etmişdir. Film izləyərkən altyazıdan mütləq istifadə edin. Eyni zamanda, altyazı ilə uyğunlaşdıraraq  deyilən sözlərin mənasını tutmağa çalışın. Bu sizə həm də qrammatik cəhətdən düzgün cümlə qurmağınıza kömək edəcək. 2012-ci ildə aparılan bir araşdırmaya görə, tələbələrinin ingilis dilini öyrənmələrinə kömək etmək üçün seçdikləri ən populyar 5 serial aşağıdakılardır:

  • Friends (tələbələrinin 26%-nin izlədiyi ən çox baxılan şou!)
  • How I Met Your Mother
  • CSI
  • House
  • The Big Bang Theory
İngilis dili öyrən - izlə

Lüğət istifadə edin

Yeni sözlərlə qarşılaşdığınız zaman (istər oxuyursunuz, istər dinləyirsiniz, istərsə də danışırsınız), sizinlə lüğətin olması faydalıdır. Əgər sözün nə demək olduğuna əmin deyilsinizsə, lüğət vasitəsilə onun mənasını konteksdə öyrənə bilərsiniz. Bu günlərdə siz telefonunuza  hər zaman yanınızda daşıya biləcəyiniz lüğət proqramları yükləyə bilərsiniz. Birbaşa tərcüməsinə baxmaq onu yadda saxlama şansınızı azaldır. Sözün cümlədə, tekstdə mənasını öyrənmək daha faydalı və yaddaqalandır.

İngilis dilini öyrənməyin yolları - lüğət işlət

Qeydlər götürün

Hər şeyi ilk dəfədən yadda saxlamaq çox çətindir. Bununla mübarizə aparmaq üçün əlinizdə əyləncəli bir notebook gəzdirin və ya Evernote kimi bir alətdən istifadə edin. Yeni bir söz,ifadəni eşitdiyiniz və ya oxuduğunuz zaman onu aid olduğu kontekstdə yazın: yəni cümlədə və mənası qeyd olunmaqla. İngilis dilini öyrənməyin yolları kimi bu, vaxtınıza qənaət edir, çünki o sözə qayıtmayacaqsınız və özünüzdən soruşun: “Bu söz/ifadə nə demək idi?”

İngilis dilini öyrənməyin yolları - qeydlər götür

Bu məqalədə biz ingilis dilini öyrənməyin yolları barədə metodlarla tanış olduq. Onlar sizə tez və effektiv öyrənməyə kömək edə bilər. Əsas odur ki, dili öyrənməyə çalışarkən səhvlər etməkdən qorxmayın, cəsarətlə hər fürsətdə ondan istifadə etməyə çalışın. Eyni zamanda tərcümədən istifadə etmək sizi fəaliyyətinizdə geri salacaq. Sözləri kontekstdə öyrənərək uğurlu nəticələr əldə edəcəksiniz.

Google-da 1-ci çıxmaqla bağlı məlumat əldə etmək üçün digər blogumuzu oxuya bilərsiniz.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi