1919 Vineburn Ave, Los Angeles, CA 90032

Çox satılan məhsulu necə yaradaq?

Çox Satılan Məhsulu Necə Yaradaq?

Əgər bizneslə məşğulsunuzsa necə edə bilərsiniz ki, məhsulunuz daha çox satılsın? Müasir dövrün verdiyi özəlliklər sayəsində hazırda bunu etmək daha rahatdır. Bu zaman satacağınız məhsulu, onun dizaynını və çəkisini düzgün seçmək çox önəmlidir. Çox satılan məhsul yaratmaq üçün bütün xüsusiyyətləri özündə əks etdirən BAGGU haqqında bildiklərimi sizinlə bölüşmək istəyirəm.

BAGGU nədir?

BAGGU, 50 kiloloya qədər əşyaları saxlaya bilən, qatlana bilən və suya davamlı, yırtılmayan neylon çantası ilə tanınan bir şirkətidir. Əgər nə vaxtsa mağazada, çimərlikdə və ya metroda kiminsə rəngli neylon çantasına heyran olmusunuzsa, onun BAGGU olması ehtimalı böyükdür. Bu təkrar istifadə edilə bilən neylon çantalar 2007-ci ildən bəri səssiz fırtına kimi hər yerdə çox geniş yayılmış və bu günə qədər bir milyondan çox satılıb.

BAGGU çantası

Bu ekoloji cəhətdən təmiz alış-veriş çanta istehsalçısının 11 yaşı olsa da, 50-yə yaxın işçi heyəti və pərakəndə satış yerləri ilə fəaliyyət göstərir. BAGGU  sadə, lakin effektiv çanta dizaynı sayəsində hər daim yeni, həyəcanverici və aktual olaraq qalır. Bu illər ərzində o, həmçinin kətan bel çantaları və dəri çantalar kimi yeni növ məhsullar hazırlayıb və hər il səkkiz dəfə yeniliklər təqdim edir.

BAGGU necə yarandı?

Bir çox uğurlu startaplar kimi, BAGGU da bir insanın üzləşdiyi şəxsi məyusluqdan doğuldu. Parsons Dizayn Məktəbinin məzunu Emily Sugihara təkrar istifadə oluna bilən çanta almaq istəyirdi. Buna nail ola bilmədikdə isə o, anası ilə birlikdə daha yaxşısını hazırlaya biləcəklərini düşündü.

Sugihara deyir ki, uşaqlıqdan bəri həmişə yaradıcı olub. O, əvvəlcə, moda dizayneri kimi ilk işini qurmuş və işlə bağlı bir məqamı isə sonradan başa düşmüşdür: “Böyük bir şirkətdə işləyərkən, həqiqətən, müştəridən və qərarlarınızın son məhsula necə təsir edəcəyindən nigaran qalırsınız. Mən daha çox təcrübə qazanmaq istəyirdim.” BAGGU-nu yaratmaq bu istəyi reallaşdırmaq üçün mükəmməl fürsət idi.

BAGGU çantalarının növləri

Sugiharaya görə, əsas məhsul olan Standard BAGGU sadə və istehsalı olunması asan idi. O, suya davamlı və cırılmayan neylon materialı kəşf etdi və sökülmə riskini azaltmaq üçün güclü və bir neçə qat tikişdən istifadə edərək çanta hazırladı. Standart BAGGU ölçüləri 25,5 x 15,5 x 6 düymdür. Bu çanta qatlanır və 50 funt sterlinq əşyanı saxlaya bilir. O, həm də münasib qiymətə ($12) satılır və maşında yuyula bilər. Budur ki, aşağı qiymətə bir neylon çantadan çoxlu istifadə imkanı əldə edirsiniz.

Bundan əlavə, Big BAGGU çantasının ($16) ölçüləri 33 x 18 x 9 düymdür və camaşırxana və ya böyük ərzaq məhsulları daşımaq üçün nəzərdə tutulmuşdur. Baby BAGGU çantasının ($12) ölçüləri 18 x 10 x 4 düymdür, nahar və ya iş çantası kimi ideal mini ölçüdür.

BAGGU çantasının ölçüləri

BAGGU çantalarının üstünlükləri

Çantanı çox satılan məhsul kimi uğurlu edən təkcə onun faydalı olması deyil. Sugiharadan BAGGU-nu hansı üç sözlə ən yaxşı təsvir edə biləcəyini soruşduqda o, “Sadə, faydalı və zövqlü” dedi. Bu son məqam müştərilər cəlb etmək və onları əldə saxlamaq üçün vacibdir. Veb saytında sərt rənglərdən Zoo Animals və Space Snoopy kimi qəribə çaplara qədər 35 Standart BAGGU çanta stili mövcuddur. Sugihara deyir: “Bu, həqiqətən faydalı, həm də estetik cəhətdən gözəl olduğu üçün çox geniş istifadə olunur.”

Zövqlü və faydalı çanta BAGGU

Çoxsaylı plastik çantalar tullantıları artırır və 300 il təbiətdə qalaraq ona zərər verir. Bununla bağlı mübarizə aparmaq istəyirsinizsə və ya müxtəlif ləvazimatları, paltarları və ya hətta ev heyvanını daşımaq üçün hava şəraitinə davamlı bir məhsula ehtiyacınız varsa, BAGGU çantaları ən gözəl variantdır. O, bütün əşyalarınızı yerləşdirmək üçün asanlıqla genişlənir, həm də mağazalarda satılan kətan və ya parça təkrar istifadə edilə bilən çantalardan fərqli olaraq, arxa cibinizə rahat şəkildə sığışdırmaq və ya qatlamaq olar. Siz isə onu ictimai yerlərə aparmaqdan utanmayacaqsınız, çünki o, müxtəlif rənglər və çap şəkilləri ilə satışa çıxarılır.

Siz də bu cür xüsusiyyətləri məhsullarınıza əlavə edə və ya bunlara sahib olan məhsulları tapıb sataraq yüksək gəlir əldə edə bilərsiniz. Rəqəmsal marketinq vasitəsilə bu sahələrdə daha böyük uğur qazana bilərsiniz.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi