1919 Vineburn Ave, Los Angeles, CA 90032

Veb sayt niyə vacibdir? Pulsuz Veb Sayt Var?

Veb sayt müasir biznes dünyasında  demək olar ki hamıya lazımlı bir şeydir. Musiqiçilərin, sahibkarların, şirkətlərin və bir çox sahədə çalışan insanların işlərini həm rahatlaşdırır həm də onları hədəf kütlələrinə daha yaxın edir. Bəs necə edək ki, bizim də saytımız olsun.

Xatırlayıram ki, 7-8 il bundan qabaq biz veb sayt yığanda, 10 min dollarlar ilə pullar xərcləyirdik. Mənim ilk layihələrimdən olan “Getting smile”  hansı ki, Amerikaya məhsul satmaqla məşğul idi. Biz o zaman sözü gedən biznesin veb saytını hazırlamaq üçün sıfırdan kodlaşma yazırdıq çünki bu günki, kimi imkanlarımız  yox idi. Shopify, Woo-commerce və WordPress kimi platformalar bu qədər rahat deyildi.  Bu gün isə kodlaşma o qədər inkişaf edib ki, biz hazır nümullərdən, hazır formatlardan istədiyimiz kimi online alış-veriş saytları, xəbər saytları hətta film saytları belə qura bilirik. Amma 10 il əvvələ getsəniz bizim belə bir imkanlarımız yox idi. İndi isə siz ayda $30 ödəyərək sayta sahib ola bilərsiniz. Bəzən heç pul ödmədən belə, Wix.com istifadə edərək veb sayt sahibi ola bilərsiniz. 

İndiki, gənc sahibkarlar bu imkanları mütləq qiymətləndirməlidir. Sizdə sual yarana bilər ki, minlərlə dollarlıq proses necə oldu ki, 30 dollara düşdü?  Texnologiyanın inkişafı müəyyən sahələrdə əlavə insan əməyini azaldıb və artıq bir çox proseslər proqramlaşdırılmış şəkildə davam edir.  Buna görədə siz artıq daha ucuz və daha sürətli sayt sahibi ola bilərsiniz.

Bəs niyə mənim saytım olmalıdır deyə düşünə bilərsiniz. Qısaca sizə belə deyim. Gəlin təmsili olaraq biznesinizi  insanla müqayisə eləyəcəm. Düşünək ki, siz gözəl insansınız, işinizi bilirsiniz amma görüşə gəlmisiniz məhsulunuzu göstərəcəksiniz, ağ köynək və qalstuk geyinmisiniz amma ikisidə çox qırışlıdır. İlkin təsürat olaraq sizin haqqınızda  necə fikir formalaşar? Bu adam işini bilmir. (mən belə düşünməzdim amma 99% hallarda belə düşünürlər) Eyni şey də veb sayt məsələsi üçün keçərlidir. Sizin şirkətiniz çox gözəl işlər görə bilər amma öndə sizi tanıdan veb sayt yoxdursa, və yaxud da o səliqəli deyilsə, sizin haqqınızda fikirlər, professional olmayacaq.

Veb sayt yaratmağın bir çox fərqli yolu var. WordPress, Shopify və ya Wix.com kimi platformalardan istifadə edərək veb sayt sahibi ola bilərsiniz. Hər bir platformanın öz üstünlükləri, mənfi cəhətləri var. Aşağıda bu qısaca bu barədə məlumat verirəm

WordPress, sıfırdan və ya əvvəlcədən hazırlanmış nümunədən istifadə edərək veb sayt yaratmağa imkan verən məzmun idarəetmə sistemidir (CMS-Content Management System). İstifadəsi pulsuzdur, lakin hostinq və domain adı üçün pul ödəməli olacaqsınız. WordPress veb saytları yaratmaq üçün məşhur platformadır, çünki istifadəsi pulsuzdur və qurulması asandır. 

Shopify onlayn mağaza yaratmağa imkan verən e-ticarət platformasıdır. WordPress-dən fərqli olaraq Shopify-ın xidmətləri pulsuz deyil, lakin biznesinizi idarə etməyə kömək edəcək bir çox xüsusiyyət və alətlərə malikdir. Bununla belə, digər platformalardan daha bahalıdır.

Wix.com heç bir kodlaşdırma biliyi olmadan veb sayt yaratmağa imkan verən platformadır. Amma digər platformalar kimi dəyişkən(flexible) deyil. İstifadəsi asandır və seçmək üçün çoxlu şablonları var “Drag-and-drop tool” -dan istifadə edərək vebsayt yaratmağa imkan verir. İstifadəsi pulsuzdur, lakin siz Wix reklamlarını saytınızdan silmək üçün ödənişli xidmətə keçid etməlisiniz.

Beləliklə, hansı platformadan istifadə etməlisiniz? Bu sizin ehtiyaclarınızdan asılıdır. Sadə bir veb sayt yaratmaq istəyirsinizsə, WordPress ən yaxşı seçim ola bilər. Onlayn mağaza yaratmaq istəyirsinizsə, Shopify yaxşı seçimdir. Veb sayt yaratmaq üçün “Drag-and-drop tool”-dan istifadə etmək istəyirsinizsə, Wix.com yaxşı seçimdir.

Veb sayt yaratmaq çətin deyil. Sadəcə olaraq sizə uyğun platformanı seçin və başlayın. Əlavə sualınız varsa və ya bütün bunlara vaxtınız yoxdursa bizə yazın.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi