1919 Vineburn Ave, Los Angeles, CA 90032

ABŞ-da Biznes: Dil və Mədəni dəyərlər.

Əvəllər, ABŞ-da immigrant olmaq ucuz işçi üvvəsi olmağa bərabər idi. Lakin, müasir ABŞ-da nəhayət keçmişə baxnda immigrantların qat-qat daha çox fürsətləri var. Hətta. bir çox İmmigrantın artıq şəxsi biznesi də var. Müasir ABŞ mədəni fərqliliyi qarşılayır və bunu istifadə etmək olar. Lakin, bu demək deyil ki, ABŞ-da biznes başlamaq asanddır. Ortada çoxlu problemlər və çətinliklər var, bunlar haqqında da danışmalıyıq. Bundan əlavə sizə bəzi məsləhətlər verəcəyik ki, gələcəkdə sizə kömək edə bilər.

Dil Bilikləri və Özünü Tanıtma.

Təbii ki, yalnız biznes tərəfdən yox ümumi olaraq ən məşhur problemlərdən biri dildir. Böyük ehtimal ABŞ-a köçmək fikrinə gəlmisinizsə, sizin artıq ingilis dilində azca da olsa bilikləriniz var. Lakin, ingilis dili bilikləriniz nə qədər yaxşı olsa da daimi praktikasız özünüzü yaxşı tanıda bilməyəcəksiniz. Siz ən maraqlı və unikal düşüncəli insan ola bilərsiniz, sizin biznes fikriniz 100% uğurlu ola bilər. Lakin, nə qədər ki, fikirlərinizi və özünüzü lazımı qaydada və gözəl təqdim edə bilmirsiniz. Bunların heç birinin xeyri olmaya bilər. Gözəl nitq üçün isə ilk növbədə dili möhtəşəm səviyyədə bilməlisiniz.

Gəldiyiniz Ölkənin Mədəniyyəti və Dəyərləri

Bir çox miqrantların və imiqrantların qarşılaşdıqları ilk problemlərdən biri odur ki, köçdükləri ölkənin mədəniyyətinə və dəyərlərinə öyrəşmək və bəzilərini özünə götürməktir. Təbii ki, heç kəs sizdən şəxsi dəyərlərinizi və mədəniyyətinizi itirməyə çağırmır, lakin müəyyən mühitdə biznes aparmaq istəyirsinizsə, bu mühiti anlamalısınız. Yalnız mühiti anlayandan sonra həmin mühitdə iş görmək olar. Amerikan mədəniyyətində müstəqillik, bərabərlik, individuallıq və təbii ki, hamımızın eşitdi demokratiya çox vacib anlayışlardır. Siz Amerikan mədəniyyətini anlamaq üçün çox insanla danışmalısınız və çox diqqətlə dinləməlisiniz onlar nə deyirlər. Tez-tez tədbirlərə gedin, baxın amerikanları nə maraqlandırır. Bir şeyi də vurğulayaq ki, böyük ehtimal doğma yurdunuzda dediyiniz və etdiyiniz hərəkətlərin hamısını edə bilməyəcəksiniz. Bəlkə də, ilk günlərdə bunu sizə bağışlaya bilərlər, lakin sonra belə olmayacaq. Diqqətli olun.

Mədəni dəyərlər istənilən mühitdə vacib faktordur. Bunu nəzərə alın və yeni ölkədə biznes qurarkan həmin ölkənin xalqınının dəyərlərinə qarşı getməyin və öz mədəniyyət və dəyərlərinizi də göstərin

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi