1919 Vineburn Ave, Los Angeles, CA 90032

Analizdə Məntiqi Səhvliklər (I)

Biz insanların belə sevimli deyimi var. İnsan məntiqi canlıdır. Lakin, bu heç belə deyil. İnsanlar emosiya üstündə yaşayan, fikirləşən və ya hətta mülahizə edən canlılardır. Lakin bu demək deyil ki, insan məntiqi mövcüd deyil. Analiz zamanı həmişə məsləhət verilib ki, emosiyaları söndürüb, tək alət kimi beyni işlətmək lazımdır. Lakin hətta analiz zamanı bir çox səhvliklərə yol vermək olar, biz də indi bu səhvliklərin bəzilərinə nəzər keçirəcəyik

Texas Atıcısı Səhvi

Məşhur Texas atıcısı olur. O nə zaman hədəfə güllə atırsa, daima dəyir. Bəs o, bunu necə eləyir? O, sadəcə birinci güllə atır, güllə hara dəyirsə, oranı hədəf adlandırır… Bir az cəfənqiyata oxşayır, lakin bu cəfənqiyata çox insan yol verir. Çox insan dedikdə ki, hər insan bu səhvliyə yol verə bilər. İbtidai sinif tələbəsindən başlayaraq Nobel mükafatı laureatlarına qədər.

Marketingdə belə bir hadisənin klassik baş vermə ssenarisi belədir. Müəyyən bazar araşdırması və ya istənilən digər kompleks analiz aparmalıdır. Onun ağlında artıq fikir var. Buna görə də statistika və qrafiklərə baxanda, araşdırmaları oxuyanda və s. analizlə bağlı iş görəndə onun fikrinə uyğun olmayan faktorları nəzərə almır, uyğun olanları isə sübut kimi istifadə edir. Bu məntiqi səhvliyə heç vaxt yol verməyin, çünki belə bir səhvlik çox ciddi uğursuzluğa səbəb ola bilər. Yaddan çıxartmayın, düzgün analiz metodu belədir. Sual qoyulur, araşdırma aparılır, nəticəyə gəlinir, təkrar yoxlanılır. Texas atıcısı isə belə edir, ağlında artıq nəticə var, araşdırma aparır, sonra da yenə də həmin nəticəyə gəlir.

Qumarbaz Səhvi

Məntiqi səhvliklər

Bizlər qədimdən hər kiçik təbii hadisə və təsadüfdən sistem görməyə öyrəşmişik. Bu əslində heç də pis bir şey deyil, biz insanlardakı bu xüsusiyyətə görə fərqli növ elmlər yaranıb. Astronomiya, riyaziyyat, coğrafiya, kimya və ya fizika kimi elmlər hamısı bizdəki, bu qəribə adətə görə kəşf olunub. Lakin, bu bizə tarix boyu kömək etmiş bacarıq öz problemlərini də verir. Bu problemin də adı Qumarbaz Səhvi və ya Monte-Karlonun Səhv Nəticəsidir. Səbəb də hadisələrin təsadüfliyini anlamamaqdır. Məntiqi səhvlik özünü elə göstərir ki, 1-2 təsadüfi uğuru sistematik uğur kimi görmək. Buna görə hər bir uğuru analiz etmək lazımdır, uğura gətirən nə faktorlar var, həmin faktorlar yenidən istifadə oluna bilərmi,və ya onun uğurlu olması təsadüf nəticəsində deyilmi?

Yüz ölç, bir biç fikrini yaddan çıxartmayın. Uğurda təsadüfi faktorlara güvənməyin və bu təsadüfi faktorlarla şəxsi analiz nəticəsində fikirləşdiyiniz və tətbiq etdiyiniz ideyaları səhv salmayın. Təsadüf sizə bu gün kömək edir, amma kreativliyiniz, analiz bacarığınız və ehtiyatınız daima sizlə olacaq. Bu bloqun ikinci hissəsini öyrənmək istəyirsinizsə bu linkə daxil olun.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi