1919 Vineburn Ave, Los Angeles, CA 90032

Facebook Marketing

Facebook bu saniyə dünyada ən çox istifadəçəsi olan sosial şəbəkədir. 2022-ci ilin aprelin 2.91 milyard aktiv istifadəçəsi var. YouTube və Google-dan sonra ən çox ziyarət olunan vebsaytdır. App Store-da 5-ci yerdə ən çox yüklənən pulsuz tətbiqdir. Bu səbəbdən də Facebook hələ də marketing aparmaq üçün ən yaxşı platformalardan biridir.

Facebook Marketing-in üstünlükləri və keçirilməsinin məsləhətləri

Giriş hissədə yazdığımız üstünlüklər xaric, Facebook-da marketing keçirməyin əlavə üstünlükləri də var.

  • B2C və B2B: Çox insanın xəbəri yoxdur ki, Facebook-da B2C-dən başqa B2B biznesi aparmaq olar. Son araşdırmalar onu göstərir ki, biznesdə qərar qəbul edən şəxslər Facebook-da 74% daha çox vaxt sərf edir nəyin ki, digər istifadəçilər.
  • Fərqli Reklam formatları: Facebook-da çoxlu reklam formatları var. Bu da Facebook Marketing-in müxtəlifliyi deməkdir.
  • İstifadəçi şəffaflığ: Sizin izləyiciləriniz, izləyicilərinizin dostları, sizin seçdiyiniz kriteriyalara uyğun olan qıraq istifadəçilər və sizin vebsaytı əvvəl ziyarət etmiş insanlar hamısını ayrılıqda görə bilərsiniz.
  • Rəqib şirkəti hədəfləmə: Faceook-da siz rəqiblərinizin hədəf auditoriyasını da hədəfləyə bilərsiniz.

Facebook-da Marketing aparmaq üçün çoxlu yolu var. Bu sosial şəbəkənin platforma kimi üstünlüklərini başa saldıq. İndi isə müəyyən məsləhlətlər də verə bilərik. Əsaslarını aşağıda qeyd etmişik.

  • Profil şəkli: Profilə şəkil qoyandan yaddan çıxartmayın ki, şəkil mümkün qədər sadə olmalıdır. Brendin logo-su, və ya minimalistik şəkil. Kiçik detallar qoymağın mənası yoxdur.
  • Örtük şəkli: Örtük şəkli paylaşanda yaddan çıxartmayın ki, bu şəkil profilin ümumi tonunu göstərəcək. Orada brendinizin sloqanı ilə paylaşa bilərsiniz. Hətta bu yaxınlarda örtük şəkli əvəzinə örtük videosu-da paylaşmaq olar.
  • Link paylaşanda əlavə kontent-də paylaşın: Kontent distrubisayısını fərqliliyi feysbukda reklam etmək üzrə ən əsas məsləhətlərdən biridir.
  • Postların paylaşım vaxtını optimizə edin: Facebook-da vaxt seçimi ən əsas faktorudur. Yəni nəyin paylaşılmağı yox məhz nə vaxt paylaşılmağı vacibdir. Aşağıdakı qrafikdə statistikaya baxa bilərsiniz.
Facebook Marketing timing
Facebook-da paylaşımlarda aktivlik vaxtları.

Facebook Marketing müasir dövrdə ən effektiv marketing formalarından ən yaxşılarından biridir. Çox böyük hədəf kütləsi seçmək olar, rahat statistika yığmaq olar və ümumiyyətlə təşkil olunmağı çox rahatdır. Digital Marketing-niz inkşaf etdikcə, şəxsi vebsaytınızı da yaratmağa məsləhət veririk. E-commerce vebsaytlar haqqında öyrənmək istəyirsinizsə, bura daxil olun.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi