1919 Vineburn Ave, Los Angeles, CA 90032

Rəqəmsal Marketinqin Üstünlükləri

Rəqəmsal Marketinqin Üstünlükləri

Biz necə etməliyik rəqəmsal dünyanın yaratdığı fürsətləri biznesimizdə tətbiq edək və rəqiblərimizdən geri qalmayaq? Rəqəmsal marketinqin üstünlükləri bu sahədə istifadə edə biləcəyiniz ən optimal variantdır.

Texnologiyanın inkişaf etdiyi müasir dövrdə baş verən dəyişikliklər marketinqdən də yan keçmədi. Ənənəvi marketinq yavaş-yavaş öz yerini ingilis dilində “Digital marketing” adlandırılan rəqəmsal marketinqə buraxır. İstəyirəm sizlərə rəqəmsal marketing və onun üstünlükləri barədə bir qədər məlumat verim. 

Rəqəmsal Marketinq Nədir?

Rəqəmsal marketinq internetdən istifadə edən bütün marketinq addımlarını əhatə edir. Bunlara cari və gələcək müştərilərlə əlaqə yaratmaq üçün istifadə edilə bilən axtarış motorları, e-poçt, vebsaytlar, sosial media və s. kimi rəqəmsal kanallar daxildir. 

Ənənəvi üsullardan fərqli olaraq, rəqəmsal marketinq daha geniş auditoriyaya çatmağa və yüksək perspektivləri hədəf almağa kömək edir. Bundan əlavə, o, ənənəvi marketinqdən daha sərfəli olur. Eyni zamanda, rəqəmsal marketinqin üstünlükləri sizə nəticələrinizi ölçməyə və strategiyalarınızda dəyişikliklər etməyə imkan verir. 

Uğurlu marketinqin açarı həmişə hədəf auditoriya ilə doğru yerdə, doğru zamanda əlaqə yaratmaq olmuşdur. Dünyadakı uğurlu bizneslər bu reallığı həmişə nəzərə alırlar. Onlar marketinq səylərinin müştərilərə daha çox çatma ehtimalını təmin etmək üçün effektiv rəqəmsal marketinq strategiyalarından istifadə edirlər. 

Rəqəmsal Marketinqin Faydaları:

1. Qlobal Əhatə Dairəsi

Ənənəvi marketinq coğrafiya ilə məhdudlaşır və beynəlxalq marketinq kampaniyası yaratmaq çətin, bahalı, eləcə də əmək tutumlu ola bilər. Bununla belə, rəqəmsal marketinq internetdə baş verir, yəni onunla əldə edə biləcəyiniz imkanlar böyükdür. Hətta çox kiçik yerli biznes sahibi də onlayn mağaza ilə beynəlxalq auditoriyaya çatmaq imkanına malikdir. Bu, ənənəvi marketinqlə heç vaxt mümkün olmayacaq və ya bunun üçün çoxlu pul tələb olunacaq. Rəqəmsal marketinqin üstünlükləri sayəsində əldə edəcəyiniz qlobal əhatə dairəsi və hər zaman göz qarşısında olmaq istənilən biznes üçün əla fürsətdir.

Qlobal əhatə

2. Aşağı Miqdarda Xərclər

Rəqəmsal marketinqin üstünlükləri içərisində az xərclərin çəkilməsi də mühüm yer tutur. İstər yerli, istərsə də beynəlxalq səviyyədə biznesinizi tanıtmaq istəsəniz, rəqəmsal marketinq sizə sərfəli yollar təqdim edir. Bu, hətta ən kiçik şirkətlərə yüksək hədəflənmiş strategiyalardan istifadə edərək daha böyük şirkətlərlə rəqabət aparmağa imkan verir. Bu strategiyaların əksəriyyəti başlanğıc üçün heç bir xərc tələb etməyəcək (məsələn, SEO, sosial media və kontent marketinqi). Bununla belə, rəqəmsal marketinqin hər forması istənilən iş üçün uyğun deyil və bəzilərinin xərci hətta digərlərindən daha çox ola bilər. Belə situasiyada sahibkarlar öz bizneslərinin marketinq məqsədlərini nəzərə alaraq müvafiq həllər tapa bilər.

Az miqdarda xərclər

3. Asan Öyrənmək

Rəqəmsal marketinqin öyrənməli olduğunuz bir çox aspektləri olsa da, işə başlamaq kifayət qədər asandır. Məqsədlərin növündən və layihələrin miqyasından asılı olaraq o getdikcə mürəkkəbləşə bilər. Bununla belə, hər şey rəqəmsal marketinqin üstünlükləri ilə biznesiniz üçün uyğun olan düzgün strategiyanı tapmaqla əlaqəlidir.

Asan öyrənmək

4. Hədəfin Müəyyən Edilməsi

Hədəf auditoriyanız haqqında dəqiq təsəvvürünüz olmasa belə, rəqəmsal marketinqin üstünlükləri hansı auditoriyanın sizin üçün uyğun olacağını görmək və onların ətrafında biznesinizi inkişaf etdirmək üçün məlumat çıxarmağa imkan verir. Axtarış Motorunun Optimallaşdırılması (SEO), Klik Başına Ödəmə (PPC), açar sözlər və sosial mediada demoqrafik məlumatların müəyyən edilməsi vasitəsilə hədəf kütləni aydınlaşdırmanın bir çox fərqli variantı var. Bu, həmçinin müştərilərin dəyişən davranışlarını təhlil etməyə və bu dəyişikliklər əsasında strategiyalarınızı dəyişdirməyə kömək edir. Müştərilərin dəyişən ehtiyaclarını tez başa düşmək bacarığı hər bir şirkətin müvəffəqiyyət qazanması və onu davam etdirməsi üçün mühüm rol oynayır.

5. Artan Əlaqələr

Rəqəmsal marketinqin üstünlükləri arasında artan əlaqələr özünəməxsus yer tutur. Rəqəmsal marketinq standart olaraq son dərəcə cəlbedici olmaq üçün hazırlanmışdır. İstifadəçilər pullu reklam postları ilə qarşılaşdıqda onlara klik edərək sosial media səhifənizə, ordan da vebsayta daxil ola bilərlər. Ən yaxşı tərəfi odur ki, bütün bu hərəkətlər izlənilərək nəticə çıxarıla bilər. Bu, biznes haqqında məlumatlılığı və ya satışları artırmaq üçün daha da cəlbedici kontent yaratmağa imkan verir. İnternetdə nə qədər çox aktiv olsanız, bir o qədər çox sadiq müştərilər əldə edə bilərsiniz. Onlayn strategiyalarında cəlbedici formatlardan səmərəli istifadə edən müəssisələr mövcud trafiki sadiq müştərilərə asanlıqla çevirə bilirlər.

Rəqəmsal marketinq uğurlu biznes qurmaq üçün zəruridir. O, istər biznesinizi böyütməyə, istərsə də satışlarınızı yaxşılaşdırmağa  heç bir məhdudiyyət olamadan kömək edir. Rəqəmsal məkanda sizi nələrin gözlədiyini başa düşərək, ondan faydalana və istənilən biznesi gələcəyə hazırlaya bilərsiniz.

Həyatınızı asanlaşdıracaq 6 sosial media aləti haqqında məlumat əldə etmək üçün əvvəlki bloqumuza keçid edə bilərsiniz.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi