1919 Vineburn Ave, Los Angeles, CA 90032

E-commerce Vebsaytının plyusları

Müasir biznesmenlər bir şeyi aydın başa düşməlidilər. Əgər onlar istəyirlərsə ki, müasir və daimi inkşafda olan biznesləri olsun. Bu halda gözəl E-commerce vebsaytları olsun, və səbəbləri bunlardır.

E-commerce vebsaytın işlətməkdə əsas səbəblər

E-commerce vebsaytı çox güclü bir şeydir, lakin, əgər konkretləşdirsək və sadələşdirsək, əsas 5 üstünlüyü var.

Müştərilərlə daha sadə bağlantı

Rəqəmsallaşmağın əsas səbəblərindən biri odur ki, müştərilər sizin dükanlara çox da yaxın olmalı deyirlər, alış-veriş edə bilsinlər. Qarşılarında duran tək fiziki tapşırıq odur ki, cibdən smartfonu çıxardıb, istədiyi məhsulu seçib, sifarış vermək. Bu həm də deməkdir ki, sizin dükanlar şəxsi geolokasiyaları ilə sərhədlənməyiblər. Sizin dükan müştərilərinizdən yüzlərcə yüzlərcə kilometrlərdə ola bilərlər, və bu problem yaratmayacaq. Siz onlara sifariş etdikləri məhsulları rahat çatdıra biləcəksiniz. E-commerce vebsaytlar sizin müştərilərinizə kömək edəcək, onlara kömək etməklə də, sizə kömək etmiş olacaqlar.

Məsafədən idarə daha sadədir

Əgər six e-commerce biznes idarə edirsinizsə, siz bu biznesi yataqdan da idarə edə bilərsiniz. Sizə tək lazım olan alət noutbukdur. Noutbuk heç çox da xüsusi gücü olmalı deyil, sadə iş noutbuku. Sadə noutbukla biznesinizi idarə edə bilərsiniz. Sizin dükanlarınızda fiziki mövcud olmağınız heç mütləq deyil. Bu məsələ nə dərəcədə vacib olduğunu sizin dükanınıza getməyə vaxtınız və ya konkret indi fiziki bacara bilmədiyiniz halda, və ya hətta, bir neçə dükanınız olanda gücü göstərəcək.

Ucuz başlanğıc və ucuz təminat

Əgər kərpiclərlə və ya digər oxşar materiallarla tikməli olan bir fiziki bina yoxdursa, onu tikmək daha asanddır. Siz yağlı işləyən e-commerce dükanı 1 və ya 2 həftəyə yarada bilərsiniz. Əlbəttə də ki, onun yaradılması da, nisbətən daha ucuz olacaq. Çünki, fiziki dünyada mövcud olmayan bina, fiziki dünyada mövcud olan binada həm ilkin mərhələlərdə, yəni, yaradılanda və ya tikiləndə, həm də iş zamanı təminatı qat-qat daha ucuzdur.

Vaxt itkisi yoxdur

Biz “yatan vaxtı da pul qazanmaq” anlayışına daha diqqətlə qulaq asmalıyıq. Kim ki, bunu ilk dəfə deyib, biznesdən yüz faiz başı çıxırdı. Bəyaq dediyimiz analoqiyaya qayıtsaq, belə demək olar. Fiziki dünyada mövcud olmayan bina gecə zamanı və ya nahar fasiləsi zamanı bağlanmır. Müştərilər həmin dükana həftədə 7 gün, gündə 24 saat daxil ola bilərlər. E-commerce vebsaytı, sizə ilk cümlədə deyilən anlayışa çatmaq aüvvəsi verəcək.

Heç bir fürsət itmir

Əgər düzgün hesabat alətləriniz olsa, və onlar sizin vebsaytda düzgün işləsələr, sizdə bu dünyada ən dəyərli resurs olacaq. Sizin əlinizdə həftəlik, günlük və ya hətta saatlıq məlumat almaq bacarığı olacaq. Bu sizə kömək edəcək ki, məhsullarınızı və onların qiymətlərini daimi sürətdə tənzimləməyə kömək edəcək. Bununla da satışlarınızı artıra biləcəksiniz. Müasir dünyada bəyaq qeyd etdiyim ən dəyərli resurs deyəndə məhz məlumatı nəzərdə tuturuq. E-commerce vebsaytlar sizə bu dəyərli məlumatı almaqda kömək olacaq.

Əgər ABŞ-da e-commerce biznes haqqında daha çox öyrənmək istəyirsinizsə, bura girin. Əgər e-commerce saytlarına nümunələr almaq istəyirsinizsə, bura girin.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi