1919 Vineburn Ave, Los Angeles, CA 90032

Yaşlı biznesmenlər.

Əksər yaşlı insanlarda belə fikirlər var ki, onlar biznesə başlamaq üçün çox qocadılar. Biznesə ya cavan yaşda başlayırlar, ya da heç başlamırlar çünki, həyatları boyu ayrı işnən məşğul idilər. Lakin, qocalarda bir şey var ki, heç bir cavanda yoxdur. Bu da təcrübədir. Bir çox yaşlı biznesmen nümunələri var ki, biznesə gec yaşda başlayıblar. Lakin, həyatları boyu qazandıqları bacarıq və həyat təcrübələri bizneslərində çox kömək olub.

Yaşlı biznesmen nümunələri.

Polkovnik Sanders 40 yaşında Kentukki ştatının Korbin şəhərində toyuq qızardırdı və yoldan keçən səyyahlara verirdi. Onun restorana pulu yox idi. Ona görə də müştərilərinə qonaq otağında yemək bişirib verirdi. Ad qazandıqca moteldə mənzil tutur və oranı kiçik kafeyə çevirir. Bizim indi bildiyimiz KFC restoran şəbəkəsini isə 65 yaşında yaradır. Əsas satıcı faktor olaraq isə xüsusi gizli sous reseptini işlədir və qoca yaşında çox uğurlu biznesmenə dönür. O həyatı boyu qazandığı həyat təcrübəsini və bacarıqlarını uğura çevirir və yaşlı lakin, çox uğurlu biznesmen olur.

Henri Ford 16 yaşında fermanı tərk edir, mühəndisliyi öyrənməyə başlayır. 1889-cu ildə Detroit Automobile şirkətini qurur. Bir ildən sonra həmin şirkət iflasa uğrayır. Lakin, Henry Ford təslim olmur və işləməyə dəvam edir. Bir-neçə yarış maşını yaradır, və bu maşınlardan biri 1901-ci ildə Aleksandr Uintona qalib gəlməyə kömək edir. Ford Motor şirkətini isə 40 yaşında 1903 ci ildə yarada bilir. 1908-ci ildə isə əfsanə olacaq Ford Model T yaradılır. 1913-cü ilk zəncirvari konveyer sistemini yaradır. Nəticədə 1920-ci illərin ortasında, artıq yaşlı biznesmen Henri Fordun ümumi var döcləti 1.2 milyarda çatmış idi. Bu pul indi 17 milyarda bərabərdir.

yaşlı biznesmen Henri Ford

Çaleo Yovida uzun illər kasıbçılıqda əziyyət çəkəndən sonra Banqkoka köçür və TC Pharmaceuticals adlı kiçik şirkət yaradır. Ditrix Mateşits adlı avstriyalı biznemenlə tanış olur və 61 yaşında kiçik şirkətinin buraxdığı toniki dünyaya satmağa başlayır. Beləcə hamımızın tanıdığı Red Bull şirkəti yaranır. Və Çaleo Yovida yaşlı lakin, çox uğurlu biznesmen olur.

Uğur ümumiyyətlə hər yaşda gələ bilər. Çarlz Bukovski, Sten Li, Tolkin kimi insanlar qoca yaşlarında uğura nail olublar. Onların hər birinə kömək həyatları boyu qazandıqları bacarıq və həyat təcrübəsini karyeralarında istifadə ediblər. Əgər digər qoca yaşlarında biznesə başlamış insanlar haqqında oxumaq istəyirsinizsə, bu linkə daxil olun. ABŞ-da biznes və E-commerce saytlarla maraqlanırsınızsa, bura daxil olun.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi