1919 Vineburn Ave, Los Angeles, CA 90032

Oyun İndustriyasının Çöküşü

2021-ci ildə, video oyunların gəliri dəhşətli dərəcədə yüksək idi. Mobil oyun industriyası 93.2 milyard dollar. Konsol oyun industriyası 50.3 milyard dollar. PC oyun industriyası 36.7 milyard dollar. Yəni 2021-ci ildə oyun indsutriyasının cəmi gəlir 180.3 milyard dollar edir, kinemotoqrafın 2021-ci ildə gəliri 21.3 milyard idi. Müasir dünyada bu industriya ən qüvvətli və gəlirli industriyalardan biridir, lakin bu həmişə belə olmayıb. 1983-cü ildə 1985-ci ilə qədər, industriya dəhşətli çöküşlə üzləşmişdi. Bu bloqda bu çöküş haqqında danışılacaq. Çöküşün səviyyəsi, səbəbləri və sonuçları.

Oyun İndustriyasının Çöküşünün səviyyəsi, səbəbləri və sonuçları.

Bir məsələni vurğulamaq lazımdır ki, bundan əvvəlki paraqrafda qeyd etdiyim gəlirlər, bu dəhşətli çöküşsüz mümkün olmazdı. Hər biznesdə çöküşlər olur, lakin bu çöküş fərqli-fərqli maraqlı hekayələr və hətta, bir müddət sonra real olmuş şəhər mifləri də yaratdı.

Çöküşün səviyyəsi

Video game consoles Vojtěch Bureš Petr Matoušek. Video game console Device  that outputs a video signal or visual image to display a video game home  video. - ppt download

Oyun industriyasının əvvəli indiki kimi, deyildi. Bu günlərdə güclü 3 dənə şirkət var. Onlardan da yalnız 2-si, yəni Microsoft və Sony, rəqabətdədirlər. 3-cü şirkət olan Nintendo isə digərlərindən fərqli segmentdə biznes görür. Lakin, 1983-cü ildə industriya fərqli idi. 1983-cü ildı həmin ilə qədər rekord gəlirə çatdı, 3.2 milyard dollar. 2021-ci ildəki, 180.3 milyardın heç yanında belə durmur, lakin nisbətən yeni yaranmış industriya üçün əla göstəricilərdir. Lakin, 2 ilə 100 milyona qədər düşdü. Bu 97% çöküşdür. 2 ilə yüksək potensiallı bazar 97%-a qədər çökdü, bəs nəyə görə belə çöküş oldu?

Səbəblər

Bu çöküşün çoxlu səbəbləri olmuşdu. Lakin əsas səbəb olaraq keyfiyyətsiz və dolmuş bazar, itmiş müştəri güvəni və ev kompüterlərindən rəqabət.

Ağzına kimi, dolmuş keyfiyyətsiz konsol və oyun bazarı.

1983-1985 ci illərdə xilaskar Nintendo gələnə qədər, bazarda 10-15 konsol və onların istehsalçıları var idi. Atari, Magnavox, Vectrex, Epoch və s. Adətən yüksək rəqabət bazara xeyirli olur, lakin bu məhz həmin nadir dəfələrdən biri idi. Bu şirkətlər hər biri keyfiyyətsiz və biri birinin klonu olan konsollar istehsal edirdilər. Bu konsollara isə biri birinin kopyası olan keyfiyyətsiz oyunlar çıxırdı. Bu şirkətlər o dərəcədə qapalmışdılar ki, rəqabətə hazır deyildilər.

Gələn rəqabət

Ucuz və yavaş-yavaş populyarlaşan ev kömpüterləri gəldi və ümumi industriyaya rəqib industriya gəldi, reaksiya olunmadı. Heç nə dəyişmədi, həmin keyfiyyətsiz oyunları və konsolları buraxmağa dəvam etdilər. Bazar dəyişmədi, bu da müştərilərin xoşuna gələ bilməzdi.

Güvənini itirmiş istehlakçılar

Belə vaxtda istehlakçılar narazı qalırlar, onlar eyni-eyni oyunları oynayırlar, sonra isə oyunlardan bezirlər. Keçirlər ayrı mediaya, beləcə də industriya bir istehlakçını itiri. Çünki, ona artıq maraqlı deyil, keyfiyyətsiz eyni-eyni oyunları oynamaqda məna yoxdur. Şirkətlər isə bunu çox da veclərinə almırlar. Şirkətlər innovasiya, sadiq istehlakçı və ya bazarın inkşafını veclərinə almırlar. Onlar risksiz, pul qazanma fürsətləri axtarırlar. Ayrı heç nə. İstehlakçıların güvənini itirən biznes artıq edam olunma vərəqlərinə imzanı atıb.

Sonuç

Video Oyun Industriyası bununla qurtara bilərdi, lakin bizim bəxtimizdən qurtarmadı. Bunun səbəbi isə hələ də bazardadır olan və artıq 40 ildir ki, keyfiyyətdən geri qalmayan Nintendo şirkəti idi. Nintendo Yaponiyada Famicom, ABŞ və dünyanın əksər ölkələrində NES (Nintendo Entertainment System), Koreyada Hyundai Comboy, Hindistanda Samurai. Post Sovet Ölkələrində isə Dendy. Bu adı eşitməmiş olmassınız.
Nintendonun yaratdığı oyun konsolu özündən əvvəl çıxanlara nisbətən texniki tərəfdən qat-qat daha üstün, ona çıxan oyunlar qat-qat daha keyfiyyətli və unikal idilər. Bu günlərdə NES tipik görünə bilər, öz vaxtının konsolu, ayrı heç nə. Lakin, NES olmasa idi, 2021-ci ilin 180.3 milyardı da olmazdı.

Biznes innovasiyasız inkşaf etmir, stoqnasiya isə sadəcə sonuça gətirən yolda birinci addımdır.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi