1919 Vineburn Ave, Los Angeles, CA 90032

Analizdə Məntiqi Səhvliklər (II)

“İnsanlarla iş görəndə yaddan çıxartmayın ki, onlar məntiqi canlılar deyil. Onlar emosiya canlılarıdır”. Bu bloqu Deyl Karneiqinin belə bir sitatı ilə başlayacaq. Biz bu mövzu haqqında artıq danışmışdıq. Lakin, müzakirə etməli hələ çoxlu məntiqi səhvliklər var. Bu bloqda keçən bloqdakı danışmadıqlarımız barədə danışacayıq.

Bu bloqu oxumazdan əvvəl ilk hissəni oxumağı məsələhət veririk. Bu linkə girib birinci hissəni oxuya bilərsiniz.

IKEA Effekti

məntiqi səhvlik IKEA effekti

IKEA dünyada ən böyük şirkətlərdən biridir. Bunu çox da məntiqi səhvlik adlandırmaq olmaz, lakin bu istehlakçının məntiqi gəribəliyi fərqli bizneslər tərəfindən uğurla istifadə oluna bilər. IKEA digər mebel şirkətlərindən ən çox fərqləndirici anlayışlardan biri odur ki, IKEA mebeli tam tikilməmiş verir. Məhz detalları göndərir və müştərilər bu detallarla öz zövqlərinə və tələblərinə uyğun olan mebel hazırlayırlar. IKEA üçün burada 3 böyük üstünlük var. Birincisi, IKEA faktiki olaraq mebel yaratmır. Mebel detalları yaradır. Sənaye daha ucuz və tezdir. İkincisi odur ki, çatdırılma daha asanddır. Kiçik paketlərdə rahatlıqla göndərmək olur. Üçüncü isə paraqrafın adı olan IKEA effektidir, qeyd etdiyimiz məntiqi gəribəlik. Müştərilər məhsulun yaradılışında özləri iştirak edəndə, məhsulun mənəvi dəyəri daha üstün olur. Buna görə də onların brendə güvəni və sadiqliyi artır.

Səbəb-nəticə məntiqi səhvliyi

Belə bir sloqan var. “Korrelyasiya Səbəbiyyət demək deyil”. Bu sloqan da bu çox popular səhvliyi başa salır. Bu məntiqi səhvlik ona görə olur ki, reallıqda bir-birinə aidiyyatı olmayan hadisələr bir-biri ilə bağlanılır. Məsələn, Filankəsov Filankəs riyaziyyatdan əla başı çıxır, bu o deməkdir ki, ondan əla riyaziyyat müəllimi çıxır. Bu səhvliyin problemi ondadır ki, belə fikirlərə səthi nəzər keçirəndə məntiqli səslənir. Lakin, dərinə gedəndə anlamaq olar ki, müəllim olmaq üçün elm biliyindən başqa, pedaqoji bacarıqları, məsuliyyəti, uşaq müəllimi olacaqsa pediatriya bilikləri və hətta, özəl şəxsi xarakteri də olmalıdır. Bu məntiqi səhvlik bütün proqnozlaşdırma olan sektorlarda təkrarlanır. Biznesdə heç bir xeyri olmayan bir faktoru uğurun səbəbi kimi görüb onu hər dəfə əlavə edə bilərlər.

Səhv Dilemma

“Seçim həmişə var”. Necə də Klişe kimi səslənməsinə baxmayaraq, bu doğrudan da belədir. Biznesdə risk nadir bir şey deyil. Risk biznesin bir parçasıdır. Lakin, özünü daima süni riskə atmaq çox qeyri məhsuldar fikirdir. Məsələn, belə bir fikirlər. “Biz ya bu sektora giririk, ya da ki, bankrot oluruq”. Bu süni yaradılmış riskli dillemadır. Hətta, səhv dillemadır. Çünki, daha dərindən fikirləşəndə daha az riskli ola biləcək fikirlər ağıla gələ bilər. Tamamilə fərqli sektora daxil olmaq, bu sektorda buraxdığımız məhsulları dəyişdirmək, Digital Marketing-ə yatırımları artırmaq və s. Bu məntiqi səhvlik sözün əsl mənasında biznesin sonunu qoya bilər.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi