1919 Vineburn Ave, Los Angeles, CA 90032

Sosial Media

Sosial Media Menecment üçün 6 alət

Sosial şəbəkələr günü gündən qəlizləşir, 5 il əvvəlki sosial şəbəkələr ilə indinin arasında dağlar qədər fərq var. Hər ay, hər gün bir yenilik gəlir və bizim bunların hamısını izləmək kimi imkanımız olmaya bilər. Buna görə də qərara gəldim ki, sizə həyatınızı asanlaşdıracaq 6 sosial media menecment aləti haqqında məlumat vermək istəyirəm.
Sosial mediada necə fəaliyyət göstərməyimiz, izləyicilərimizlə maraqlı və diqqətəlayiq paylaşımlar etmək qədər önəmlidir. Çünki biz onlarla təkcə məlumat paylaşımı etmirik, həm də onlarla əlaqə saxlayır, mövzu ilə bağlı fikir və rəylərini öyrənirik. 

Bununla yanaşı, biz bir neçə sosial şəbəkədə aktiv fəaliyyət göstəririk və daima onlara yeni kontent əlavə edirik. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu hesabların hər birini əllə idarə etmək demək olar mümkünsüzdür. Xoşbəxtlikdən, işinizi və həyatınızı asanlaşdırmaq üçün istifadə edə biləcəyiniz çoxlu sayda sosial media idarəetmə və planlaşdırma alətləri vardır. Bunlardan ən effektiv və səmərəli olan 6-sına nəzər salaq:

1. Later

Müasir dövrümüzün ən popular sosial şəbəkələrindən biri olan İnstagram-da hər ay 1 milyarddan çox istifadəçi aktiv olur. Later ilk vaxtlar İnstagram-a həsr olunmuş menecment aləti olmuşdur. Daha sonralar isə o digər soaial şəbəkələrə də dəstək göstərməyə başladı. Eyni zamanda bu proqrama daima yeni funksiyalar əlavə olunur və vizual kontentə daha çox diqqət ayrılır. Şəkil, video, hekayə və ya karusel postlarını bu alət vasitəsilə əvvəlcədən planlayıb asanlıqla paylaşa bilərsiniz. Later-də daimi istifadə edə biləcəyiniz pulsuz plan mövcuddur. Lakin analitika, hekayələrin paylaşımı və təsvirləri yadda saxlamaq üçün ödənişli planlardan istifadə edə bilərsiniz. Ödənişli planların qiyməti ayda 9 dollardan başlayır.

Sosial Media Planlama Proqramı

2. TweetDeck

Aktiv Twitter istifadəçiləri TweetDeck proqramı vasitəsilə öz fəaliyyətlərini daha məhsuldar şəklə gətirə bilərlər. TweetDeck istənilən sayda Twitter hesabını vahid interfeysdən idarə etməyə kömək edən pulsuz proqramdır. Bu proqram vasitəsilə sosial media cədvəli yaradaraq twit-lərinizi göndərə, başqalarından gələnləri qəbul edə bilər, hesablarınızı idarə və nəzarət funksiyalarından yararlana bilərsiniz. TweetDeck-dən həm veb tətbiq, həm də Chrome və ya desktop proqramı kimi istifadə oluna bilər.

3. Canva

Sosial şəbəkələr günü-gündən daha çox vizuallığa yönəlir. Bu xüsusiyyətə görə Canva sizə kömək edə biləcək ən yaxşı vasitələrdən biridir. Burada hazır formada mövcud olan çoxlu sayda dizayndan istifadə edərək dizayner tərəfindən hazırlanmış qədər mükəmməl marketinq əhəmiyyətli paylaşımlar edə bilərsiniz. Siz artıq bu proqramdan istifadə edərək sosial media kanallarınızı birləşdirə və ya paylaşılacaq postu planlaşdıra bilərsiniz. Proqramın ödənişsiz versiyaı ilə hazır şablonlara giriş edərək istifadə etmək mümkündür. Lakin ayda 12.95 dollar ödəməklə pro plandan yararlanaraq bütün şablonlardan istifadə edə bilərsiniz. 

4. Hootsuite

Hootsuite sosial media menecmentinə xidmət edən alətlər arasında ən populyarlardan biridir. Bu proqram vaitəsilə sosial media postlarını əvvəlcədən planlaşdıra, ətraflı hesabatlar əldə edə və korporativlik funksiyası sayəsində komanda yoldaşlarınızla əməkdaşlıq edə bilərsiniz. Proqram eyni vaxtda çoxlu sayda paylaşımı nəzərdən keçirməyə və müştəri rəylərinə nəzarət etməyə imkan verir.  Hootsuite 3 sosial media profili və 30 planlaşdırılmış mesaj üçün ödənişsiz plan paketi təklif edir.

5. Buffer

Buffer də həmçinin sosial medianı idarə edilməsinə və postların planlaşdırılmasına xidmət edən ən yaxşı proqramlardan biridir. Eyni zamanda, tətbiqdə hədəf auditoriyanın fəaliyyəni izləmək və növbəti postları paylaşmaq üçün ən yaxşı vaxtı müəyyənləşdirmək funksiyası vardır. Buffer-in Chrome genişlənməsi ehtiyac duyulduğu zaman işə düşməsi və heç vaxt maneə törətmədiyinə görə xüsusilə sevilir. Bu proqram sosial media hesablarını daha sadə və effektiv üsullarla idarə etməyi təklif edir. Beləliklə, istənilən hesabınızda arzu etdiyiniz hər şeyi planlaşdırmaq üçün sadecə bir neçə klik kifayət edir. Buffer 7-dən çox sosial platformanı dəstəkləyir və 4 ödənişsiz plan paketi təklif edir. 

Sosial Media üçün planlama platforması Buffer

6. Planable

Planable marketoloqlara daha yaxşı və sürətli işləməyə kömək edən sosial media əməkdaşlıq alətidir. Bu alət səmərəliliyə və effektivliyə önəm verənlər üçün daha böyük əhəmiyyət daşıyacaq. Planable marketoloqlara sosial media kontentini yaratmağa, onu planlaşdırmağa, eyni zamanda, əməkdaşlıq etməyə imkan verən vizual platformalardan biridir. O, Facebook, Instagram, Twitter, LinkedIn, TikTok, YouTube, and Google My Business kimi ən popular sosial media dəstəkləyir. Planable əməkdaşlıq və təsdiq funksiyalarına əsaslandığı üçün hər postla bağlı rəy əldə etməyə, söhbət və sorğu aparmağa, cavablar əldə etməyə və ən əsası, paylaşılacaq postları planlaşdırmağa şərait yaradır. Proqramın yeni istifadəçilərinə təqdim olunan 50 post üçün plan paketi ilə onun bütün funksiyalarını sınaqdan keçirə bilərsiniz.

Planable marketoloqlara sosial media kontenti yaradır.

Bonus alət : ContentCal

ContentCal komandanızı bir araya gətirmək üçün ən uyğun vasitədir. Burada siz ideyalarınızı paylaşa, kontent plan yarada və sonra həmin kontenti bir çox platformalarda (Facebook, Instagram, Twitter, LinkedIn, Pinterest, Google My Business, YouTube və Medium) paylaşa bilərsiniz.  ContentCal-ın analitika funksiyası sayəsində paylaşdığınız kontentin göstərdiyi nəticəni müəyyən etmək mümkündür. Son dəfə proqrama əlavə olunan “Respond” funksiyası sosial media hesabınızda rəylər və mesajlara nəzər yetirmək və cavablandırmaq funksiyaı daşıyır.

ContentCal-ın ən əsas funksiyalarından biri də 2000-dən çox tətbiqlə inteqrasiya edə bilməsidir. Belə ki, onu istifadə etdiyiniz Slack və ya Trello kimi alətlərə qoşaraq sosial media kontentini, e-mail və blogları paylaşa bilərsiniz. 

ContentCal  Sosial Media aləti

Beləliklə, bir neçə sosial media hesabınızı idarə etmək, geniş auditoriyaya çatmaq çətin olsa da işinizi asanlaşdıracaq vasitələrdən istifadə edə bilərsiniz. Buraya yaradıcılıq qabiliyyətinizdən istifadə tələb etmədən işlərin öhdəsindən gələ bilən, onların paylaşımını əvvəlcədən planlaşdıran proqramlar aiddir. Ümid edirəm ki, haqqında məlumat verdiyim bu proqramlar sizlər üçün faydalı olacaq!

Facebook marketing haqqında bloqumuzu oxumağı unutmayın. – Keçid Linki

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi