1919 Vineburn Ave, Los Angeles, CA 90032

SEGA-nın çöküşü

SEGA şirkəti 80-ların sonu və 90 ların əvvəlində qızıl dövrünü yaşayırdı. Şimali Amerika regionunda Nintendo ilə çox güclü rəqabətə girmişdi. Şirkətin tarixi boyu ən uğurlu konsolunu buraxdı. SEGA Genesis. Həmin qızıl dövr və onların çox uğurlu aqressiv marketing kampaniyaları haqqında bloqu bura daxil olsanız oxuya bilərsiniz. Lakin, bu qızıl dövrdən sonra SEGA dalbadal sonsuz dərəcədə uğursuz biznes seçimləri edirlər. Məhz bu uğursuz seçimlərə görə, bazarın ikinci əsas oyunçusu bazardan çıxmalı olur.

SEGA çöküşünün ilk işarəsi: lazımsız əlavələr.

SEGA Genesis konsolu çox uğurlu idi. Hətta gözləniləndən qat-qat daha uğurlu oldu. Lakin, bu uğurdan öyrənib, gələcək konsollarında uğur gətirmiş fikirləri təkmilləşdirmək, artıq yığılmış fanbazalarına yeni daha maraqlı daha yaxşı məhsul vermək əvəzinə, köhnə uğurlarından ilişdilər. Nəticədə artıq zarafat mənbəyinə dönmüş, SEGA CD, sonra isə SEGA 32X buraxırlar. Nəticədə sadiq müştərilər belə, caş-baş qalıb aldadıqlarını fikirləşirlər.

Sega CD

SEGA CD

Özünüzü Sega Genesisi sevənlərin yerinə qoyun. -ci ildə Sega CD buraxılır. Sega konsolu Kompakt diskləri qəbul etməyi öyrənir. Heç də pis deyil. Düzdür, əlavələr heç vaxt çox da uğurlu olmur, lakin yenə də bu fikirdə hələ potensial var idi. Bir çox insan başa düşürdü ki, kartriclərin kompakt disklərə keçidi çox şey verə bilər.

Sega Genesis-in kartricləri 4 MB və bir dəfə Street Fighter 2 oyununa görə 5 MB yer tuturdu. Lakin, bir kompakt diskin daxilinə isə 700 MB – a qədər məlumat yükləmək olar. Bu ki, nəhəng fərqdir! Lakin bu 700 MB düzgün istifadə olunmadı. Sega şirkəti isə maraqlı oyunlar çıxartmaq əvəzinə, oyunları həm aktyor işi, həm ssenari işi, həm operator işi, rejissura işinə görə və hətta, sadə çəkilişə görə çox keyfiyyətsiz videolarla doldurdular. Ən əsası isə, bu məhsulun qiyməti 300 dollardır. Sega Genesisin ABŞ-da satış qiymətini 150$ qoyur, lakin əlavəni ondan 2 dəfə daha bahalı satır. Konsolun əlavəsi konsoldan daha bahalı.

Lakin, bu əlavə hələ nisbətən yaxşı idi. Sega şirkəti 2.24 milyon Sega CD satdı. Əlavə üçün heç də pis deyil. Ən azından, Sega 32X-ə nisbətən pis deyil.

Sega 32X

Bu artıq müəyyən formada utancverici uğursuzluqdur. Yenə də özünüzü Sega sevərin yerinə qoyun. Siz Sega Genesisi çox sevirsiniz. O dərəcədə sevirsiniz ki, 300 dollara konsoldan 2 dəfə daha bahalı əlavə alırsınız. Amma, xəbərlərdə maraqlı şayələr gedir ki, Sega yeni konsol göstərəcək. şayələr də düz çıxır. 1994-cü ilin iyununda Sega Saturn dünyaya göstərilir və 1994-ci il 22 noyabrda çıxacağı gözlənilir. Amma, eyni anda da 1994-cü ilin iyununda Sega 32X göstərilir, və o 1994-cü il 21 noyabrda çıxmalıdır. Bunun nə mənası var? Yeni nəslin konsolu ilə bir yerdə keçmiş nəslin konsoluna yeni əlavə buraxmaq.

Sega Saturn
Sega 32X və Sega CD

Heç kəs bu məntiqi anlamırdı. Niyə 1991-ci ilin konsol əlavəsi, Sega CD, kompakt diskləri istifadə edir, 1994-ci ilin addonu 32X usə kartricləri. Bəs yeni konsol hanı? Hamı çaş-baş qalmışdı. Hətta oyun yaradanlar belə. İndi isə belə fikirləşək, siz Sega Genesis-ə oyunlar buraxırdınız.

Oyunları yaradanların dərdləri

İndi isə Sega CD və 32X var. Hansına oyun buraxmaq lazımdır? Fokusu hansının üstünə qoymaq olar. Qabaqda isə hələ yeni konsol çıxmalıdır. Bütün dünyada 2.24 milyon Sega CD satılıb və təqribi 665.000-min 32X satılıb. 32X ümumiyyətlə təzə konsoldan 1 gün əvvəl çıxırdı, ona görə onu vecinə almaq lazım deyil. Klassik Genesis-dən isə təkcə Şimali Amerikada 18 milyon dənə satılıb. Seçim açıq aydındır, elə deyilmi? Əksər oyun buraxan şirkətlər sadəcə Genesis-ə oyunlar buraxmağa dəvam edirdilər və təzə gələcək konsolu gözləyirdilər, o konsol isə təəsüflər olsun ki Sega Saturn idi.

Sega Saturn

Sega Saturn

Oyun yaradanlar xilaskar gözləyirdilər, lakin onun əvəzinə çox zəif, çox qeyri populyar və ən əsası proqrammistlərin iş görməyi çətin olan bir hardware parçası çıxdı. Saturn yaradılmazdan əvvəl artıq uğursuz idi. 32X-ə görə itirilimiş və incimiş istehlakçılar, oyun yaradanları üçün narahat mexanika, bütün oyun konsolu nəslini darmadağın edəcək Playstation One – dan daha bahalı qiymət və axmaq menecment seçimləri. Bu hekayə artıq biznesdə səhv seçimlər tarixində ən qəribə və məntiqsiz qərarlardan biri sayılır.

Sega və Silicon Graphics

90-ların əvvəlində çox keyfiyyətli Terminator 2 və Jurassic Park filmlərində istifadə olunan CGI (kompüter qrafikası) bir çox insanı heyran eləmişdi. Lakin, belə ani sıçrayış səbəbləri kinemotoqrafdan daha çox kompüter industriyası ilə bağlı idi. Konkretləşdirsək isə, əsas səbə Silicon Graphics-in buraxdığı ucuz və heyran edici çiplər idi. Silicon Graphics öz heyranedici qüvvəsini təqdimat elədi. Təqdimatı görən hər insan bu qrafikadən başlarını itirdilər. Lakin, Hayao Nakayama, Seganın prezidenti, imtina etdi. Dedi ki, Silicon Graphics-in çipi çox böyükdür…

Nəticədə, Sega şirkəti 1 dənə 64 bitlik çip əvəzinə, 3 dənə 32 bitlik Hitachi çipi, əlavə olaraq səs üçün bir dənə çip və 2 video sürətləndirən çip istifadə etdilər. Belə bir arxitektura ilə işləmək çox çətindir. Paralel Sony şirkəti Playstation yaradır, hansı ki, daha ucuzdur, arxitekturası daha sadədir, və Sony şirkətinin menecerləri daha ağıllı idilər. 5-ci nəsil oyun konsollarının satışları.

  • Sega Saturn: 10 milyon satılmış kopya
  • Nintendo 64, keçən nəsildə Seganın əsas rəqibləri: 30 milyon satılmış kopya
  • Sony Playstation, Oyun konsolları dünyasında yeni oyunçu: 10 milyon

Bu hələ son deyil.

1996-cı. Tom Kalinski, 6 il ərzində Sega şirkətinin dəyərini 72 milyondan 1.5 milyarda qaldırmış insan, şirkəti tərk edir. O, artıq bezmişdi baxsın necə Sega şirkəti onun illər boyu tikdiyi dağıdılmağına baxmaq istəmirdi. Ondan sonra isə bir pis məhsulun üstünə ikincisini buraxdılar.

Sega Dreamcast

Marketingə 300 milyon xərcləndi. Təzə Konsol Nəslinə hamıdan tez daxil olurlar və 1998-ci ildə Sega Dreamcast buraxırlar. Sega Saturn-un səflikliləri, çətin arxitektura, axmaq marketing, istehlakçıları baş düşməmək və s. düzəldildi.
Müasir dövrdə bu konsola bəzi oyunlara görə hörmət qoyulur. Soul Calibur, Shenmue, Crazy Taxi, Sonic Adventure, Resident Evil – Code: Veronica və s. Lakin təəssüflər olsun ki, Sega artıq reputasiyasını itirmişdi və bu doğurdan da möhtəşəm oyunlar Segaya kömək edə bilmədi. Üstdən də gələn Sony Playstation 2, Nintendo Gamecube və Microsft Xbox yaxınlaşırdı. 6-cı nəsil konsolların satışları.

  • Sega Dreamcast: 9.13 milyon
  • Nintendo Gamecube: 21.74 milyon
  • Microsoft Xbox: 24 milyon
  • Sony Playstation 2: 155 milyon (hələdə rekord əddədir)

Bununla da hər şey bitdi. Sega şirkəti artıq konsol buraxmır. Onlar digər konsollara oyun buraxmağa keçiblər. Modanı yaradan, digər şirkətləri öz addımlaırnı təkrarlamağa vadar edən şirkət, özü modanın dalıyca qaçırdı və digər şirkətlərin addımlarını təkrarlayırdı. Unikallığa gəldikdə isə, çox axmaq seçimlər edilir. Zəmanənin anlamırlar.

Biz bu gün Sega deyəndə Sega Genesis və ona çıxan oyunlar gəlir. Sonic, Comix Zone, Mortal Kombat və s. Təəsüflər olsun ki, bizim bir çoxumuza uşaqlıqda xoş saatlar verən şirkət artıq uğursuz oyunlar verir. Canlı əfsanədən yaddan çıxmış əfsanəyə dönür.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi