1919 Vineburn Ave, Los Angeles, CA 90032

Aqressiv Marketinq

Aqressiv marketinq: SEGA

Sega şirkəti erkən oyun avtomatlarından bəri çox uzun yol gəlib. Lakin, biz Seganın ilkin dövrləri haqqında danışmayacayıq, biz onların ən uğurlur dövrü, və bu dövrdə işlətdikləri aqressiv marketinq strategiyasını müzakirə edəcəyik. 80-ların sonu və 90-ların əvvəlindəki böyük uğurlarını və Nintendo şirkəti ilə rəqabətini. Onlar necə video oyun konsolu bazarına daxil oldular və necə 2 video oyun konsolu nəsli ərzində heç nə dən bazarın ikinci ən güclü oyunçusuna döndülər.

SEGA video oyun konsolu bazarına daxil olur

SG-1000 - Wikipedia
SEGA SG-1000

Sega uğurlu aqressiv marketinq nümunəsi olmazdan əvvəl, top 5 oyun avtomatı oyunlarının istehsalçılarından biri idi. Lakin 1982-ci ildə bu bazarın çöküşündən sonra bazara yanaşmalarını dəyişdirməli oldular. (Əgər 80-ların əvvəlindək Oyun Konsollarının Çöküşü haqqında öyrənmək istəyirsinizsə, bura daxil olun). Sega SG-1000 konsolunu, ondan sonra isə SG-1000 II-i (adətən bu konsol SG-1000 Mark II və ya sadıcı Mark II adlandırılır), SC-3000 və Sega Mark III-ü 1983-ci ildə buraxdılar. Bütün bu SG-1000 ailəsi 1.4 milyon kopya satdı, lakin yalnız Yaponiyada buraxılmışdı. Bu kiçik uğur idi, lakin bu günlərdə bu konsolları çox da yada salmırlar

Aqressiv marketing dən əvvəl. Master System
SEGA Master System

Seganın buraxdığı ikinci konsol ailə, Sega Master System keçən konsollarından qat-qat daha uğurlu idi. ABŞ bazarına da daxil ola bildilər və ümumi dünyada 20.84 milyon kopya satdı. Lakin, keçən konsola nisbətən təntənəli uğura baxmayaraq, bazarda Nintendo şirkəti tərəfindən məhv olundu. Nintendonun buraxdığı əfsanəvi NES (Azərbaycan və digər post sovet ölkələrində Dendy kimi tanınır) dünyada 61.91 milyon kopya satdı. Hələ də dünyada ən çox satılmış oyun konsolları siyahısında 7-ci yerdədir və top 10-luqda 80-larda çıxmış tək konsoldur.

Sega Master System – də Nintendo-dakı kimi, populyar və möhtəşəm oyunlar yox idi. Super Mario Bros. (40.240.000 satılmış kopya), Duck Hunt (28.310.000 satılmış kopya), Super Mario Bros. 3 (18.000.000 satılmış kopya), Legend of Zelda (6.510.000 satılmış kopya). Seganın heç azca da olsa bu dərəcədə populyar personaj və oyunları yox idi Lakin, Sega hazırlaşırdı. Sırdakı nəsilə aqressiv marketinq köməyi ilə başlamağa hazırlaşırdı.

Dendy
NES

Aqressiv Marketinq : Genesis Does What Nintendon’t

Qeyd: Bu mətndə biz məhz Sega Genesis haqqında, və yalnız Şimali Amerika bazarında haqqında danışacayıq. Azərbaycana gətirilən Sega Mega Drive 2 buraxılırdı. El arasında isə sadəcə Sega adlandırlırdı. Şimali Amerikada isə Sega Mega Drive-ları Sega Genesis adlandırırlar. Sega Mega Drive = Sega Genesis, Sega Mega Drive 2 (Uşaqlıqda oynadığımız model) = Sega Genesis Model 2. Amma, əksər istehlakçılar yenə də Sega Genesis adlandırırdılar.

Sega of America əsas rəqiblərini çox sərt qarşılamağa hazırlaşırdılar. Onlar Nintendo və onların buraxdıqları SNES-ə qarşı çox aqressiv marketinq kampaniyasına başladılar. Reklam kampaniyasının sloqanı belə idi, Genesis Does What Nintendon’t. Sadə söz oyunu idi, lakin hələ də retro oyun konsollarında dillər əzbəridir. Azərbaycan dilinə tərcümə edəndə söz oyunu itir, lakin yenə də tərcümə etsək belə bir məna alınır. Genesis Nintendonun etmədiyini edir. Bu sloqan məhz bu oyun konsolu muharibəsi ilə ağıla gələn birinci sloqan oldu. Sega öz produktları olan Sega Genesis-i SNES-lə müqayisə etməyi çox sevirdi.

aqressiv marketinq
SEGA Genesis və SNES

Sega Genesis texniki tərəfdən obyektiv olaraq daha zəif idi. SNES daha çoxlu rəng göstərə bilirdi., spraytların (hərəkət edən pikselli obyektlər) ölcüsü daha böyük idi, səs keyfiyyəti qat-qat dah üstün idi, RAM-ı 2 qat üstün idi. Sega Genesis-in isə tək üstünlüyü daha sürətli prosessor idi. Aqressiv marketinq də təbii ki, bu prosessoru hər reklama soxurdu. Hətta prosessor üçün maraqlı ad fikirləşdilər, Blast Processing.

Jual SEGA Mega Drive 2 Original PAL Asia (Mesin Only) - Kota Bekasi - retro  warehouse | Tokopedia
Azərbaycanda görməyə öyrəşdiyimiz Sega

Genesis-in digər üstünlüyü isə, qiymətidir. Sega Genesis-in qiyməti 150 dollar, SNES-in qiyməti isə 200 idi. Sega bu üstünlüyü də reklamlarda istifadə edirdi. SNES daha ailəvi konsol idi, oyunları klassik “uşaq oyunları”, özü də uşaq oyuncağına oxşayır. Sega isə öz məhsullarını “cool”, yeniyetmələr üçün düzəldilmiş konsol kimi nümayiş etdilirdi və 90-lara görə çox möhtəşəm qara dizaynı var idi.

Ona baxmayaraq ki, Sega Genesis Şimali Amerika bazarında SNES-ə məğlub oldu. Sega Genesis 18 milyon kopya, SNES 20 milyon kopya. Lakin, Sega yenə də aqressiv marketinq köməyi ilə daha zəif konsolun Nintendo qiqantı ilə mübarizə edə biləcəyini göstərdi.

Göy Kirpinin Gücü

Sonic Seganın aqressiv marketinqinin böyük parçası idi. Amerikada reklamı oyunun Amerikada çıxmasından əvvəl aparılırdı. Reklam kampaniyası o dərəcədə qüvvətli idi ki, Sonic the Hedgehog oyunu ABŞ-da çıxanda inanılmaz uğura nail oldu. Sonik Marioya nisbətən daha çəkici, daha əyləncəli və təbii ki, daha “cool” görünürdü. Oyun isə o vaxta kimi çıxmış 2D Platformerlərin heç birinə oxşamırdı. Sonic the Hedgehog oyunu Seganın daha sürəti prosessorunu çox gözəl istifadə edirdi.

Aqressiv Marketinq Sonic the Hedgehog (Video Game 1991) - IMDb

Sonic o dərəcədə populyar idi ki, 1991-1994-cü illərdə, oyun, komiks və cizqi filmlərdən qıraq malları ilə 1 milyard gəlir gətirdi və təkcə Sega Genesis-də 33.77 milyon kopya satdı.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi