1919 Vineburn Ave, Los Angeles, CA 90032

Biznesdə İslam

İslam ortancıl əsr şərq mədəniyyəti və dürüstlük fəlsəfəsinin ən bari nümunələrindən biridir. Müasir dünyada isə dürüstlük biznesdə daima sual altına qoyulur. İnsanlığımızı qırağa qoyaq, və soyuqqanlı obyektiv olaraq fikirləşsək, biznesdə dürüstlüyün yüz faizlik xeyri var? Biznesdə İslamın prinsiplərinin çoxlu xeyri ola bilər.

Birinci ondan başlayaq ki, biznesmenin özünün müsəlman olmağı mütləq deyil ki, İslamın prinsiplərinə uyğun olaraq yaşasın. Hər bir şəxs hansı ki, haqqa, dürüstlüyə, və insanpərvərliyə inanır, bu prinsiplərə uyğun yaşaya bilər.

Biznesdə İslamın kömək edə biləcəyi prinsipləri

İslam həyatın bütün yolları və anlarında səmimi olma fikrini təbliğ edir. Biznes də həyatın o yollarından biridir ki, bu prinsipi tətbiq edə bilərik.

Səmimilik

Bu günlərdə məlumat asimetriyasına görə bir çox müqavilə və danışıqlarda güvən çox böyük rol oynayır. Şirkətlər arasında baş vermiş qalmaqalların böyük hissəsi qeyri səmimilikdən irəli gəlib. 1991-ci ildə Sony və Nintendo arasında baş vermiş qalmaqalın da səbəbi qeyri səmimilik idi. Nintendo-nun öz səhvi nəticəsində iki oyun konsolu nəsli (PS1 və Nintendo 64, PS2 və Game Cube) dalbadal. 80-lar və 90-ların əvvəlində bazarı praktiki olaraq ələ keçirmiş şirkət, yalanı nəticəsində 1994-ci ildən 2007-ci ilə qədər daima ondan qat-qat daha uğurlu olacaq rəqibini yaratdı.

İşçilərə hörmət

Biznesdə İslam

İslamda ən fundamental qanunlardan biri insanlara hörmət göstərməkdir. İşçilərə hörmət də təbii ki, bunlardan biridir. Ümumiyyətlə İslamda işçini aldadmaq və ya pulunu verməmək ən böyük gunahlardan biridir. Araşdırmalar göstərir ki, işçilərlə hörmətli davrananda məhsuldarlıq və işçilərin sadiqliyi artır. İşçi tapma asandlaşır, çünki, ədalətli və xoş niyyətli insanla hamı işləmək istəyir. Müştəri ilə münasibətlər isə daha güclü olur.

Qanunsuz və mallar satmamaq

Biznesi yalnız qanuni və mənəvi mallarla aparmaq.
Qanuna gəldikdə, heç vaxt yaddan çıxartmayın ki, qaranlıqda görülmüş cinayət ya gec ya tez səhər tezdən məlum olur. Hər biznesdə görülmüş cinayət, əsasən də müasir sənədləşmə, qrafik və statistika dövründə məlum olur. Mənəvi mallara gəldikdə isə, siqaret və içki satışları dünyada bir çox insana problemlər yaradır. Siqaretə görə illik 480 min, içkiyə görə isə 95 min insan ölür. İçki səbəbindən cinayətləri isə saymağın mənası yoxdur, hər biriniz belə bir hadisənin şahidi olmuş olmalısınız.

Xeyriyəçilik

İslam prinsiplərinə əsasən hər insan öz biznesindən pul qazanandan sonra, sədaqə verməlidir. Soyuqqanlı danışsaq və xeyriyyəçilik nəticəsində özünə inamın qalxmağını nəzərə almasaq. Xeyriyyəçilik reputasiyaya çox böyük artım verir. Bu reputasiya isə gələcəkdə öz xeyrini verir. Sizlə daha çox insan işləmək istəyir və işçi tapmaq qat-qat asandlaşır.

Diqqətinizə görə çox sağolun. Əgər ABŞ-da biznes haqqında daha çox öyrənmək istəyirisinizsə, bura daxil olun.

Digər Bloqları Məlumatları Kateqoriyaları Oxuyun

Blog
There are issues for new beginners.
Blog
Amazonda Satışı Asanlaşdır
Blog
E-Mail Marketinq Nədir?
Blog
Kitab Oxumanın Təsdiqlənmiş Faydaları

Müraciəət Anketi